
Bu gün Belarus prezidenti Aleksandr Lukaşenko və Azərbaycan prezidenti İlham Əliyev arasında telefon danışığı olub.
Bu barədə Belarus prezidentinin mətbuat xidmətinin məlumatında deyilir.
“Prezidentlər qarşılıqlı ticarətin fəallaşdırılmasına hazır olduqlarını bildiriblər. Belarus tərəfi xüsusilə, gələcəkdə üçüncü ölkələrin bazarlarına çıxmaq məqsədilə Azərbaycanla bütün sahələr üzrə birgə istehsalın yaradılması məsələsini nəzərdən keçirməyə hazırdır. Dövlət başçıları beynəlxalq gündəlikdə olan məsələləri müzakirə edib, ikitərəfli münasibətlərin strateji xarakterini bir daha vurğulayıblar”, - deyə məlumatda qeyd edilir.
Qaynar.info