Xəbər lenti

Əliyevlə Ərdoğan CANLI YAYIMDA
Ölkə13:11 04.04.2014

Əliyevlə Ərdoğan CANLI YAYIMDA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğanın Azərbaycana səfəri çərçivəsində hər iki ölkənin liderləri media qarşısına çıxıblar. 

“Qafqazinfo” xəbər verir ki, prezident İlham Əliyevlə Ərdoğan mətbuat konfransı keçiriblər. Hər iki tərəfdən bir jurnalistə sual vermə imkanı yaradılıb. Sualların hər ikisi əsasən nurçuluqla bağlı olub.

Həm Ərdoğan, həm də İlham Əliyev heç bir ad çəkmədən sualı diplomatik şəkildə cavablandırıblar və bir yerdə olduqlarını bəyan ediblər.

İlham Əliyev  bildirib ki, baş nazir Ərdoğanla gələn ay da, digər aylarda da görüşləri ola bilər: "Biz qardaşıq və belə görüşlərin keçirilməsi çox təbiidir. Elə bir məsələ yoxdur ki, biz  onu müzakirə edə bilməyək. Bizim əlaqələrimizə zərrə qədər zərər verəcək addımları qəbul etmirik, etməmişik və etməyəcəyik”. 

Baş nazir Ərdoğan isə suala qısa cavab verib və bildirib ki, ortada bir sıxıntı var və hər iki ölkəni narahat edəcək durum varsa demək ki, müzakirə də edilib. 

Qaynar.info