Xəbər lenti

ƏLLƏRİM AYAQLARINA LAYİQ DEYİLSƏ...
Ölkə11:21 25.03.2013

ƏLLƏRİM AYAQLARINA LAYİQ DEYİLSƏ...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Mövlud Mövlud              

“Bala yat, bax, yatmasan, “OMON”lar gəlib səni yeyər!”

Anamımsəsi indi də qulaqlarımdan getməyib. Bizim uşaqlıq illərimiz 1990-cıillərin əvvəllərinə səpələnmişdi. “OMON”çular rayonumuzda yalnızuşaqların yox, bəzi böyüklərin də qorxulu yuxusu idi. İndi o böyüklərbiz tərəflərin hörmətli adamlarıdır. Bahalı maşınlarının qapısınıaçıb-bağlayan bir dəstə adam var. Onların vəzifəsi, pulu, şanı-şöhrətiartdıqca türmədən daha bir “OMON”çunun xəbəri gəlir:

- Vərəmdən öldü...


***

Sənə ikinci məktubu yazdığımı deyəndə zarafat eləmişdin:

-Elə et ki, Kafkanın Milenaya yazdığı məktublardan çox yazasan!
 
Olsun,gözəlim, yazaram. Bu fani dünyada, bu üzüboz şəhərdə səndən başqa kimimvar mənim? Səndən başqa kimə yazmalıyam? Səndən başqa kimdənyazmalıyam?

Kafkadan yaxşı yazmayacağımı bilsəmdə Kafkadan çox yazmalıyam. Axı, məni səndən danışmaqdan, sənə nələrsəyazmaqdan başqa xoşbəxt edən bir şey yoxdur.

“OMON”çular, rayon məscidi, parkımız, payızda xəzəl, yazda günəş qoxuyantorpaq... Uşaqlıq xatirələrimi Bakı küləkləri Xəzərə süpürdü. Sonra oxatirələrin arxasınca ağlamağımdan bezən dostlar məni qoyub getdilər.Bir də sevdiyim qızlar var idi. Məni sevdiyini sandığım qızlar...

Bax,sevgilim, bir zamanlar gözəl şeylər yaşadığı qadınlardan ayrılandansonra onların arxasınca danışan, həmin qadınları qaralayan kişilərdəniyrənirəm. Ancaq bir şeyi yazmaq istəyirəm; İndi- illərin o tayındankeçmiş günlərə baxanda gülmək tutur məni. Necə olub ki, mən o məzmunsuzqadınları sevmişəm. Necə olub ki, nə vaxtsa sənin kimi birisinin qarşımaçıxacağını bilməmişəm. Axı mən az-çox hissiyatı olan adamam.

Gecələrsəninlə bitir gözəlim, səhərlər səninlə açılır. Dostlarıma səndəndanışıram, düşmənlərimi səninlə öldürürəm. Telefona bir az gec cavabverəndə dəliyə dönürəm. Səni itirmək qorxusu bürüyür içimi. Axı səndənbaşqa kimsəm yoxdur bu dünyada?!

Hamının yarıyolda qoyduğu Mövlud darmadağın olmuşdu, hər şeyini itirmişdi. Belə birvaxtda gəldin ömrümə. Hər şeyi dəyişdin həyatımda. Geyindiyin rəngbərəngpaltarların rənginə boyadın.

***


Həqiqətinqocalar evinə atıldığı, unudulduğu, düz sözü deyən adamların evindənnarkotik tapıldığı bir ölkədə yaşayırıq. Çayxanada başqa, televiziyaekranlarında bir başqa cür danışan adamlar ürəyimizi bulandırır.Qohumlar bizdən əlini üzüb. “Əşi, ondan adam olmaz”,-deyib başımızdankeçiblər. Mənəvi dəyərlər itib. Heç kim öz yerini bilmir. İş o yerəçatıb ki, bəzi adamlar özlərinə Şahvələd Çobanoğluyla “söz güləşdirmək”səlahiyyəti veriblər. Yəni bu qədər itiriblər özlərini. Belə bir vaxtdahansısa qadına  “eşqnamə” oxumaq kiməsə çöçün gələ bilər. Ancaq məncə,elə, indi bilməliyəm sənin qədrini.

Səni Tanrı göndərib həyatıma. Bu bataqlıq cəmiyyətə bulaşmayım deyə... 

Bircədəfə saçını sığallamaq, alnını öpmək... Bəlkə də elə indiyə qədər bununüçün yaşamışam? Yaşamışam  ki, nə vaxtsa sən qarşıma çıxasan və bütünömrümü sənə fəda edim?!

Axxx, gözəlim, heç əllərim ayaqlarını da yumağa layiq deyil.

İndi sənə necə yalvarım? Necə deyim ki, icazə ver yanında olum, icazə ver səni sevim, sevgilin olum.

Ayaqlarını belə yumağa layiq deyiləmsə...