Xəbər lenti

Əllərin yaşlanmasını gecikdirən maska
Ölkə15:22 22.04.2016

Əllərin yaşlanmasını gecikdirən maska

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yaşımız ən tez göz ətrafı, boyun, dekolte nahiyyədə və təbii ki, əllərdə özünü büruzə verir.

Eyni zamanda o da nəzərə alınmalıdır ki, əllər ən çox təsirə məruz qaldığından daha tez yaşlanır. Məhz bu səbəbdən əllərə xüsusi qulluq edilməlidir. Əlləri hər gün nəmləndirici krem çəkərək, daha yumşaq olmasını təmin etməklə yanaşı, vaxtaşırı maskalar da tətbiq olunmalıdır. Xüsusən quru dəriyə sahibsinizsə, belə olan halda nəmləndirici krem təklikdə əllərinizə nəm və təravət bəxş etməyəcəkdir.

Bütün sadalalanları nəzərə alaraq Qadinklubu.com sizlərə mükəmməl və nəticəsinə təəccübləndirəcək maska resepti təqdim edir. Hansı ki, bu maska sadəcə əlləri yumşaldmır, eyni zamanda əllərin tez yaşlanmasının da qarşısını alır.

Tərkibi:

1 ç/qaşığı darçın

 1 x/qaşığı qəhvəyi  şəkər tozu

1.5 x/qaşığı zeytun yağı

Hazırlanması:

Sadalanan ərzaqları bir maddə halına gələnə qədər qarışdırın. Hazırladığınız maskanı masaj hərəkətləri ilə əlinizə çəkin. 15 dəqiqə gözlətdikdən sonra ilıq su ilə durulayın. Əllərinizi quruladıqdan sonra nəmləndirici kreminizi çəkin.//qadinkulubu

Qaynarinfo.az