Xəbər lenti

Elmar Hüseynovla Rafiq Tağının adı AŞ PA-nın qətnaməsində...
Ölkə09:58 21.01.2015

Elmar Hüseynovla Rafiq Tağının adı AŞ PA-nın qətnaməsində...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

AŞPA-nın qıs sessiyasına (26-30 yanvar) Avropada mətbuat azadlığı haqqında qətnamə layihəsi çıxarılacaq.

Sənədin layihəsi AŞPA-nın saytında dərc edilib. Sənəddə qətlə yetirilən mətbuat işçiləri arasında azərbaycanlı jurnalistlər Elmar Hüseynov və Rafiq Tağının, həmçinin Anna Politkovskaya, Pavel Xlebnikov, Georgi Qonqadze, Qrant Dinkin adları sadalanır.

Öz növbəsində Azərbaycan tərəfi “Kəlbəcər partizanları”- Dilqəm Əsgərov və Şahbaz Quliyevin işini AŞPA-nın müzakirəsinə çıxarmaq niyyətindədir. 

Onlar ermənilərin nəzarətində olan Kəlbəcər rayonunda təxribat və qətl törətməkdə ittiham olunurlar (Turan).

Qaynar.info