Xəbər lenti

Elmar Məmmədyarovdan fransalı merin Dağlıq Qarabağa qanunsuz səfərinə münasibət
Ölkə09:45 25.10.2018

Elmar Məmmədyarovdan fransalı merin Dağlıq Qarabağa qanunsuz səfərinə münasibət

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransanın şəhər meri və bələdiyyə üzvlərinin Dağlıq Qarabağa qanunsuz səfər etmələrinə münasibət bildirib.
Qaynarinfo-nun xəbərinə görə, nazir bildirib ki, Fransa Xarici İşlər Nazirliyi qondarma "Dağlıq Qarabağ Respublikası"nı dövlət kimi tanımadıqlarına dair bəyanat verib. 
O bildirib ki, VI Bakı Humanitar Forumu zamanı Fransanın Azərbaycandakı səfiri ilə görüşüb: "Ona da sual verdim ki, əgər kimsə mövcud tapşırıqlardan imtina edirsə Fransa hökuməti öz tərəfindən tədbir görsün. Səfir xanım dedi ki, bu məsələ barədə ölkəsinin XİN-ə məlumat göndərəcək və lazımi cavabı Azərbaycan tərəfinə çatdıracaqlar".