Xəbər lenti

Elmar Məmmədyarovun müavininə yeni vəzifə verildi
Ölkə14:08 17.02.2016

Elmar Məmmədyarovun müavininə yeni vəzifə verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Prezidentin 2016-cı il 3 fevral tarixli fərmanından irəli gələn məsələlərin icrasının təmin edilməsi məqsədilə Xarici İşlər Nazirliyində Apelyasiya Şurası və Apelyasiya Şurasının katibliyi yaradılıb.

 XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, xarici işlər nazirinin müavini Nadir Hüseynovun sədrliyi ilə Apellyasiya Şurasının ilk iclası keçirilib. İclasda sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin özlərinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar təkrar şikayətlərinə Apellyasiya Şurasında baxılması ilə bağlı müvafiq təşkilati-hazırlıq işlərinin həyata keçirildiyi bildirilib.

aynar.info