Xəbər lenti

Elmar Qasımov rektorluqdan gedir
Ölkə09:51 18.08.2015

Elmar Qasımov rektorluqdan gedir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun yaxın günlərdə tutduğu vəzifədən istefa verəcəyi və Yeni Azərbaycan Partiyasının siyahısı üzrə parlament seçkilərinə qatılacağı barədə aktual.az-a özəl informasiya daxil olub. 
Rektora yaxın mənbələrdən daxil olan məlumata görə, təhsil nazirinin sabiq müavini artıq bununla bağlı qərarını yaxınlarına elan edib.
Aktual.az yayılan məlumatlara aydınlıq gətirmək üçün Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun özü ilə söhbətləşib.
Rektor “Bunu sizə kim deyib, həyatdır, yaşayarıq görərik” deyərək, hazırda məzuniyyətdə olduğunu söyləyib.
Xatırladaq ki, Elmar Qasımov gənclik dövründə Bakı Dövlət Universitetində Tələbə Həmkarlar Təşkilatının rəhbəri olub. Paralel olaraq YAP Gənclər Birliyində sədr müavini postunu tutan E.Qasımov sonradan Təhsil nazirinin müavini vəzifəsinə irəli çəkilib.
Misir Mərdanovun kadrı hesab olunan Elmar Qasımov sonradan yolunu Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) salıb və qısa müddət ARDNŞ prezidentinin müşaviri olub.
Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2012-ci il tarixli Sərəncamı ilə Bakı Ali Neft Məktəbinin rektoru təyin edilib.
Qaynar.info