Xəbər lenti

Elmar Salayev necə həbs olunub? - TƏFƏRRÜAT
Ölkə08:32 16.05.2014

Elmar Salayev necə həbs olunub? - TƏFƏRRÜAT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Mayın 13-də 3 ay müddətinə həbs olunmasıyla bağlı xəbərlər yayılan polkovnik Elmar Salayevin həbsinin təfərrüatları məlum olub. 

Aznews.az-ın əldə etdiyi məlumata görə, Elmar Salayevə Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 310-cu (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə cinayət işi qaldırılıb və o məhkəməyə dəvət edilib. Bir neçə məhkəmə porsesində iştirak edən polkovnik sonradan məhkəməyə gəlmədiyinə görə barəsində axtarış verilib. 

Elmar Salayevin vəkili AzNews.az-a açıqlamasında məlumatı təsdiqləyib: “Bəli onu məhkəməyə gəlmədiyinə görə həbs ediblər. Gərək belə etməyəydi. Ayın 21-də növbəti proses keçiriləcək”.

Qaynar.info