
Elmir Vəliyevin Avropadakı siyasi strukturlarla müntəzəm əlaqələrə malik olması qurulmuş planın tərkib hissəsidir.
Gəncənin icra başçısı Elmar Vəliyevin oğlu Elmir Vəliyev yaxın günlərdə Avropa ölkələrindən birinə səfir təyin oluna bilər.
Bu barədə musavat.com saytı məlumat yayıb.
Həmin məlumatda deyilir ki, Elmir Vəliyevin səfir təyinatı alması üçün plan çoxdan qurulubmuş.
Belə ki, əvvəlcə onun Milli Məclisin Aparatında yüngülvari işlə təmin ediblər. Ardından isə oğul Vəliyevin Avropa ölkələrində fəaliyyət göstərən mötəbər təşkilatlarla təmasları təşkil olunub. Bundan əlavə Bakı və Avropada icra başçısının oğlunun davamlı olaraq tədbirlər keçirməsi istiqamətində xeyli işlər görülüb.
Mənbə iddia edir ki, Elmir Vəliyevin səfir olmaq həvəsi çoxdan var imiş. Amma bunun üçün bir müddət vaxtın keçməsi və bəzi problemlərin həll edilməsi lazım gəlib. Gəncənin icra başçısı da oğlunun arzusunu reallaşdırmaq üçün bütün imkanlarından istifadə edib.
Xatırladaq ki, Elmir Vəliyevin adı bir müddət əvvəl bəzi qalmaqallara qarışmışdı. Belə ki, onun kortejlə Bakıda hərəkət etdiyi və bahalı avtomobillər sürdüyünə dair xəbərlər yayılmışdı.
Qaynar.info