Xəbər lenti

“Elmlər Akademiyası”nın əsas çıxışı nə vaxt açılacaq?
Ölkə09:50 09.09.2016

“Elmlər Akademiyası”nın əsas çıxışı nə vaxt açılacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Elmlər Akademiyası" metro stansiyasının 1-ci vestibülündə təmir işləri başa çatmaq üzrədir.
Bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, hazırda stansiyada təmir işlərinin əksər hissəsi görülüb: "Əslində stansiyanın açılışı oktyabr ayına planlaşdırılmışdı. Sentyabrın 15-də yeni dərs ilinin başlamasını, xüsusilə də "Elmlər Akademiyası" stansiyasında sıxlıq yaranacağını nəzərə alaraq, yaxın günlərdə stansiyanın açılışı nəzərdə tutulur".

Qeyd edək ki, vestibülün bağlanmasına səbəb 3 eskalatorun istismar müddətini başa vurması olub. Buna görə də həmin vestibüldəki hər 3 eskalator sökülərək yeni, müasir eskalatorlarla əvəzlənir. Eskalatorla yanaşı, stansiyanın birinci vestibülü də təmir edilir. (aznews.az)

Qaynarinfo.Az