Xəbər lenti

Elnaz Eyvazlı AYB sıralarını tərk etdi
Ölkə19:12 04.06.2013

Elnaz Eyvazlı AYB sıralarını tərk etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yazar Elnaz Eyvazlı Azərbaycan Yazıçılar Birliyinin sıralarını tərk edib. 

Bu barədə Qaynar.info-ya yazarın özü açıqlama verib. 

Onun sözlərinə görə, bu barədə bir ilə yaxındır götür-qoy edirmiş: “Qərarıma əmin olduqdan sonra ərizəmi Birliyə təqdim etdim. Bu qərara gəlməyimin səbəbi odur ki, bir qələm adamı olaraq, heç bir ədəbi qurumun üzvi olmaq istəmirəm. Bu, yazılarımdakı obyektivliyimə, düzü-düz, əyrini-əyri yazmağıma mane olmasa da, ruhən azad olduğum üçün mənə əziyyət verir. Nə bu quruma üzv olanda, nə də indi xüsusi bir məqsədim, niyyətim olmayıb. Ürəyimin səsilə qərar vermişəm , peşman da deyiləm”.

Qaynar.info