Xəbər lenti

Elnur Aslanova yüksək vəzifə verildi - SƏRƏNCAM
Ölkə09:21 02.04.2014

Elnur Aslanova yüksək vəzifə verildi - SƏRƏNCAM

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bir müddət öncə ölkə başçısının sərəncamı ilə Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsindən azad edilən Elnur Aslanov yeni vəzifəyə təyinat alıb. 

Bu barədə Musavat.com-un mötəbər mənbələrdən aldığı məlumata görə, E.Aslanov Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yüksək posta təyin olunub. 

Belə ki, o, bu günlərdə prezidentin təsdiqlədiyi əsasnamə ilə adı dəyişdirilən nazirliyin Strateji planlaşdırma, investisiya və elmi potensial şöbəsi vəzifəsini icra edəcək. Məlumatlı mənbənin bildirdiyinə görə, E.Aslanov aprelin 1-də kollektivə təqdim olunub və rəsmən səlahiyyətlərinin icrasına başlayıb. 

Qaynar.info