Xəbər lenti

Elnur Hüseynov, Dilarə Kazımova və Qənirə Paşayeva TV 8-də - FOTO
Ölkə06:21 26.02.2015

Elnur Hüseynov, Dilarə Kazımova və Qənirə Paşayeva TV 8-də - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xocalı soyqırımı Türkiyədə təşkil edilən sərgi və teleproqramlar vasitəsilə anılmaqdadır.

ANS PRESS-in məlumatına görə, "Gözü yaşlı Xocalım" sərgi və proqramlar çərçivəsində Xocalı faciəsinin 23-cü ildönümü martın 1-də TV 8 telekanalının “Şəffaf oda” verilişində də yad ediləcək.

Verilişdə müxtəlif illərdə Azərbaycanı “Eurovision” mahnı müsabiqəsində təmsil etmiş Dilarə Kazımova və Elnur Hüseynov, eləcə də millət vəkili Qənirə Paşayeva və məşhur italyan sənətçisi Alessandro Safina iştirak edəcək.

Qeyd edək ki, sərgi və proqramıların keçirilməsində məqsəd Xocalı həqiqətlərini dünyaya çatdırmaq və faciənin soyqırım olaraq tanınmasını təmin etməkdir.

Qaynar.info