
“El” Hərəkatı rəsmən elan olunub. Modern.az saytının məlumatına görə, bu gün hərəkatın ofisində keçirilən təqdimat prosesində qurumun rəsmən yaradıldığı açıqlanıb.
“El” Hərəkatının Təşəbbüs Qrupu yaradılıb və Eldar Naamzov onun sədri seçilib.
Təşəbbüs Qrupuna Musa Yaqub, Nurəddin Mustafayev, Eldar Abbasov, Rasim Ağayev, Əli Abbasov, Zəfər Quliyev, Maşallah Allahverdiyev daxildirlər.
Təqdimat mərasimində bildirilib ki, “El” Hərəkatının Azərbaycanın 35 şəhər və rayonunda təşəbbüs qrupları yaradılıb.
E.Namazov bildirib ki, “El” Hərəkatının məqsədi siyasi müstəvidə olan boşluğu doldurmaqdır.
Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli tədbirə qatılıb. Ölkənin bir sıra tanınmış siyasətçiləri təqdimat mərasimində iştirak edirlər. Tədbir davam edir.
Qaynar.info