Xəbər lenti

Elşad Abdullayev daha bir söhbətini yaydı (AUDİO)
Ölkə13:45 09.04.2013

Elşad Abdullayev daha bir söhbətini yaydı (AUDİO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Səs yazısının yayılmasına səbəb kimi Arzu Kazımovun vəkili Ramiz Zeynalovun həqiqəti əks etdirməyən açıqlamalar verməsi göstərilib

Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsi, fəaliyyətini dayandırmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevlə iş adamı Arzu Kazımovun arasında gedən dialoqun səs yazısını “Azadlıq.TV”yə təqdim edib.

Səs yazısının yayılmasına səbəb kimi A. Kazımovun vəkili Ramiz Zeynalovun həqiqəti əks etdirməyən açıqlamalar verməsi göstərilib. Komitə üzvlərinin rəyinə görə, R. Zeynalov ictimaiyyəti və istintaqı yayındırmaq üçün həqiqətdən uzaq məlumatlar verir.

Səs yazısı A.Kazımovun iş otağında lentə alınıb. Söhbətdə E. Abdullayev, İsmayıl Abdullayev və Arzu Kazımov iştirak edib. Dialoqdan məlum olur ki, A. Kazımov M. Abdullayevin azad edilməsi üçü E. Abdullayevdən külli miqdarda pul alıb. A. Kazımov bildirib ki, aldığı pulu Daxili İşlər Nazirliyində yüksək vəzifə tutmuş mərhum general Zahid Dünyamalıyevə (səs yazısı Z. Dünyamalıyev rəhmətə getməzdən əvvəl yazılıb) verəcək. E. Abdullayev təkidlə A. Kazımovdan tələb edir ki, Z.Dünyamalıyevə zəng etsin. Lakin A. Kazımov generala zəng etməkdən imtina edir. Dialoq zamanı o da məlum olur ki, A.Kazımov aldığı pulu geri qaytara bilmədiyi üçün inşa etdirdiyi binadan E. Abdullayevə mənzillər təklif edir.

Qaynar.info