
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru, hazırda Fransada mühacirətdə yaşayan Elşad Abdullayev növbəti sensasion video yayıb.
Keçmiş rektorun “Azadlıq”a göndərdiyi video söhbətdə Daxili Işlər Nazirliyi Ictimai Təhlükəsizlik Idarəsinin (ITI) polkovniki Telman Muradov ilə 13.11.2003-cü ildə qeydə alınıb.
Elşad Abdullayev söhbətin stenoqramını da yayıb:
T.M: Elşad müəllim! Allah haqqı, Dağıstanda hər şey həll olunubdur. Atamın-anamın ruhuna and olsun, Mahirin məsələsi həll olunubdur, Allah haqqı, sabah mən sərhəddə olacağam. Dağıstanın daxili işlər nazirinin I müavini Viladimir Ivanoviç Çertov Moskvanın adamıdır, əsas odur, nazir də ona tabedir. Biri var Çertov hökumət adamı, biri də var kriminal. Mahiri kriminal Şərafəddinin əli ilə saxlayırlar. Elşad müəllim, Quran haqqı, biz Mahirin işini Çertovun əli ilə həll edəcəyik. Mən gedirəm sərhəddə. Mahir gəlməsə, Allah haqqı, bığımı qırxaram, adımı dəyişərəm. Sabah saat 8-də Mahiri verəcəyik sənə, işi Çertovun əli ilə həll edəcəyik. Elşad müəllim, Mahiri Çertov verəcəkdir. Vallah. Sabah saat 4-də Dağıstan sərhəddinə çıxmalıyıq, maşınlar da hazırdır, biz də hazırıq, sabah Mahirlə görüşəcəyik. Çertov düz deyir, deyir ki, Allah birdir, göydən Allah baxır, Mahiri qaytarmaq lazımdır.
Elşad Abdullayevin yazdığına görə, o, Mahir və Çertovla danışmaq üçün iki yeni mobil telefon alır: “Mobil telefonun biri Telmanda (050 625 65 79), biri də məndə (050 627 65 23) qaldı. Telman dedi ki, Çertov mənlə rus dilində danışacaq. Ondan Mahirin uşaqlıq ”kliçka"sını soruşarsınız, onda arxayın olacam. Bu zaman, Telman Muradovun mobil telefon nömrəsinə Nazim adlı şəxs zəng edir (Milli Elmlər Akademiyasının akademiki Nadirovun qohumu Nazim Daxili Işlər Nazirliyinin Bakı şəhər Baş Polis Idarəsində Hilal Əsədovun işçisi olub). Telman Nazimə saat 6-ya görüş təyin edərək bildirdi ki, saat 8-11-də Dağıstandayıq, gecə 12-də qayıdarıq. Telman mənə xəbərdarlıq etdi ki, bu işdən heç kimin xəbəri olmasın, şahid olmasın. O, xidmətlərinin əvəzində bizdən xarici marka maşın tələb etdi.
Söhbət zamanı Telman Muradovun mobil telefonuna Çertov da zəng etdi: “Onunla danışandan sonra mənə dedi ki, Çertov düz adamdır. Çertov dedi ki, 19:00-da zəng edəcəyəm, həmin vaxtda da zəng etdi, kişi adamdır. Elşad müəllim, saat 4-dür, gedim bir-iki saat dincəlim. Onlara nə lazımdırsa, Mahirə deyəcəklər, o da sənə deyəcək. Elşad müəllim, yəqin 1 limon (bir milyon dollar) istəyəcəklər. Elşad müəllim, keçən dəfə Mahaçqaladan gəldikdən sonra gərək onda məsələni həll edəydik. Elə bilirsiniz 9 ay adamı saxlamaq olur?”./musavat.com/