Xəbər lenti

Elşad Abdullayevdən sensasion açıqlama
Ölkə04:33 11.10.2014

Elşad Abdullayevdən sensasion açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Qardaşım oğlunun dişlərini sındırıb mənim əleyhimə ifadə alıblar”

Şirvan Apelyasiya Məhkəməsində Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevə hədə-qorxu gəlməkdə ittiham olunan qardaşı oğlu Mübariz Abdullayevin cinayət işi üzrə məhkəmə başa çatıb.
İttihama görə, MübarizAbdullayev 2003-cü ilin noyabr ayında əmisi Mahir Abdullayevin itkindüşməsi barədə xəbəri eşidib. O, Elşad Abdullayevdən külli miqdardaəmlakını hədə-qorxu ilə tələb edərək ələ keçirmək qərarına gəlib.Məhkəmə M.Abdullayevə 10 il həbs cəzası verib. 
“2003-cü ildə 3 gün saxlayıb buraxdılar, 10 il sonra yenidən həbs etdilər”
Buolayla bağlı E.Abdullayev “Yeni Müsavat”a öz münasibətini ifadə edənmüraciət yollayıb. ABU-nun sabiq rektoru yazıb ki, məhkəmə barədəyazılanlar və ümumən məhkəmədə baş verənlər həqiqəti əks etdirmir.E.Abdullayevin sözlərinə görə, onu hədələyən qardaşı oğlu MübarizAbdullayev deyil, Kürdəmir rayon polis rəisi Polad Şıxəliyev və onunmüavini Qabil Rzayev olub: “Qardaşım oğlu, Qarabağ müharibəsiiştirakçısı Mübariz Abdullayevə qarşı  saxta məhkəmə prosesinin  təhlili göstərir  ki,    prokurorluq   və  məhkəmə  orqanları  Azərbaycandaadam oğurluğu ilə məşğul olan qrup dövlət səviyyəsində acıq-aşkar leqalvə əlbir fəaliyyət göstərir.  Mübariz Abdullayevin həbsi bir daha təsdiqedir ki, bu,  siyasi sifarişdir. Cinayətin  bağlı  qalmasında  maraqlı olan  güc  strukturlarının  əməkdaşları  hadisə  baş  verdiyi  ilk gündən  məcburi  şəkildə  zərərçəkən  qismində  tanınmış   tərəfin kifayət  qədər  əsaslandırılmış  ifadəsinə   əhəmiyyət  verməyiblər vəistintaq-əməliyyat  tədbirlərini  bilə-bilə yanlış istiqamətəaparıblar”.
E.Abdullayev yazıb ki, ədalətsiz hökmlə  bağlı  M.Abdullayevin  vəkili  Lənkəran  Ağır  Cinayətlər Məhkəməsi  vasitəsilə  Şirvan  Apelyasiya  Məhkəməsinə  müraciət  edib.Elə  həmin  apelyasiya  məhkəməsinin  hazırlıq  iclasından  da  vəkil növbəti  dəfə  daha  yuxarı  instansiya  sayılan   Ali  Məhkəməyə şikayət  edib. Onun bildirdiyinə görə, hal- hazıra  kimi  Apelyasiya Məhkəməsi  baş  tutmayıb. Buna səbəb isə Ali  Məhkəmənin  şikayət ərizəsinə  baxmaq  üçün  29  yanvar  2015-cü  il  tarixi  seçməsidir:“Mübariz  Abdullayevin  hələ  2003-cü  ildə  Kürdəmir  Rayon  Polis Şöbəsinin əməkdaşları  tərəfindən   qeyri-qanuni  olaraq   həbs olunması,  daha  sonra  3  gün  onu  polis şöbəsinin    yeməkxanasında,  növbətçi  hissəsində  saxladıqdan  sonra  azad edilməsi,  10  il  sonra,  yəni  2013-cü  ildə  yenidən  həmin  polis şöbəsinin  vasitəsilə  Baş  Prokurorluğun  nəzdində    13  oktyabr 2003-cü  il  tarixdə  artıq bizə məlum  şəkildə  oğurlanmış   Mahir Abdullayevin  aqibətinə  aydınlıq  gətirilməsi  məqsədilə  prezident İlham  Əliyevin   göstərişinə  əsasən   yaradılmış  Müstəqil   İstintaq Komissiyasının  rəhbərliyi  tərəfindən  çağırılıb  baş  verməmiş cinayəti  boynuna  almasının  tələb  edilməsi  ancaq qardaşım  Mahir Abdullayevin oğurlanmasında  iştirak  etmiş  cinayətkarların  ifşa olunmasını tələb  etdiyim  üçün  mənə   təzyiq  göstərməkdən  başqa bir  şey  deyil”. 
“Ona deyiblər, ya Elşad Abdullayevdən pul istədiyini seç, ya da...”
E.Abdullayevyazıb ki, ən maraqlısı 2013-cü  ilin dekabr  ayında  baş  verib.  Beləki, M.Abdullayev bəzilərindən fərqli olaraq danışmağa  qərar  verib:“Mübariz  hələ  2003-cü  ildə  ya  ailəsi  ilə  birlikdə  narkotik saxlamaqla  suçlanaraq   həbs  olunacaqlarını,  ya  da  ki,  polis əməkdaşlarının  ona  təklifini,  yəni   əmisi   Elşad  Abdullayevə  guya   zəng  etdiyini,  ondan  hədə-qorxu  gələrək  külli  miqdarda  pul tələb  etməsini  seçməli  imiş.  O, son  nəticədə polislərin təklifini,  konkret  olaraq  rəis  müavini  Qabil Tağıyevin  təklifini seçib,  azadlıqda  qalmasına  üstünlük  veribmiş.  Qeyd  etmək lazımdır  ki,  Mübariz  bu  seçimi  öz  xoşu  ilə  etməyib. O, istər 2003-cü  ildə  polis  şöbəsində,  istərsə  də  2013-cü  ildə  Müstəqil İstintaq  Komissiyasının  rəhbəri  Elmar  Camalovun  xidməti otağında vəhşicəsinə  döyüldükdən  və faşistsayağı işgəncələrə məruz qaldıqdansonra  məcburiyyət  qarşısında  günahını ”səmimi etiraf etmişdir". Həttadişlərinin  hamısının  qırıldığını,  sonradan  isə  yeni  dişlər qoydurduğunu  bildirmişdir. Mübarizin özünün  istəyi  ilə  ailəsi vasitəsilə respublikada  bir  sıra  hüquq  müdafiəçilərinə,  beynəlxalq təşkilatlara bu  yöndəki,  məlumatları  ötürmüşdür.    Müraciətlərin  əsas  motivi   yuxarıda  qeyd  etdiyimiz  kimi,   ondan  ibarətdir  ki, onlara  qarşı   təzyiq  edilib  və  incidiliblər.  Mən  bir  daha elan  edirəm  ki,  Abdullayev  Mübariz  Əslan  oğlunun  barəsində qaldırılmış  qondarma  cinayət  işində    zərərçəkmiş  kimi  tanınmam mənim  istəyimə  qarşı  olub,  mən  buna  qəti  etirazımı  bildirirəm   və  eyni   zamanda  Abdullayev  Mübariz  Əslan  oğlundan  heç  vaxt şikayətçi  olmadığımı  bildirirəm". 
“Dedilər, ərizəni geri götürməsən, qardaşın oğlunu üzünə qoyacağıq”
E.Abdullayevyazıb ki, 37-ci il məhkəmələrində olduğu kimi, məqsəd zərərçəkmişinqohum-əqrəbasını bir-birinə qarşı qoymaq, ailənin normal fəaliyyətini vəbütövlüyünü pozmaqdır. Onun yazdığına görə, bu, AzərbaycanKonstitusiyasının kobud surətdə pozulmasıdır: “Belə ki, 25 yanvar2009-cu il tarixində mən rəsmi olaraq prezident İlham Əliyevə, başprokuroru Zakir Qaralova, milli təhlükəsizlik naziri Eldar Mahmudovaşikayət olaraq bildirdim ki, Kürdəmir rayonun polis rəisi və onunmüavini Qabil Tağıyev məni  aldadaraq Kürdəmir rayonuna gətirdilər vəməndən qardaşım Mahir Abdullayevin geri qaytarılması üçün 5 milyondollar pul tələb etdilər. Prezidentin imzası ilə Baş Prokurorluğun AğırCinayətlər üzrə Baş İstintaq İdarəsi polis əməkdaşları - Polad Şıxəliyvvə Qabil Tağıyevə  qarşı cinayət işi acdı. Nəticədə məndən tələb etdilərki, ərizəni geri götürüm, əks təqdirdə, yaxın qohumuma, qardaşın oğluMübariz Abdullayevə cinayət işi acacağıq. Mübariz Abdullayevin qardaşıTəbriz Abdullayev Qarabağ müharibəsi şəhididir, atası rəhmətə gedib,bütün ailəsini dolandıran yeganə şəxsdir. Hazırda mənim əleyhimə səmimiifadə aldıqdan 10 il sonra həbs ediblər və əsassız olaraq 10 ilazadlıqdan məhrum ediblər”.
E.Abdullayev yazıbki, ondan M.Abdullayev pul istəməyib: “Məndən Mahiri geri qaytarmaq üçün5 milyon pulu Kürdəmirin polis rəisi Polad Şıxəliyev və onun müaviniQabil Tağıyev istəyib. Qardaşım oğlunun əleyhinə açılmış cinayət işi dəsaxtadır . 37-ci ildə olduğu kimi Azərbaycan Konstitusiyasına ziddolaraq qardaşım oğlunu üzümə qoyub, iş verdilər. Ailə üzvlərimə qarşıtəzyiqlər davam edir. Halbuki əsas qanunumuza görə, qohumun qohuma qarşıqoyulması konstitusiyaya ziddir. Qardaşım oğlu Mübariz Abdullayevhazırda saxlandığı 3 saylı cəzaçəkmə müəssisəsindən oğlu vasitəsiləKİV-lərə bildirib ki, onunla bağlı istintaqın qərəzli aparılıb, istintaqzamanı döyülərək dişləri sındırılıb və zorla əmisi Elşad Abdullayevinəleyhinə ifadə alınıb".
E.Abdullayev yazır ki,Mübariz Abdullayevin oğlu  deyib ki, atası hazırda cəzaçəkməmüəssisəsində qorxu içərisində yaşayır. O bildirib ki, hər an atasınınhəyatına təhlükə var. “Atam bizim vasitəmizlə ölkə rəhbərlərinə müraciətedir ki, onunla bağlı aparılan istintaq tam yanlışdır. O, həqiqətən dəheç zaman mənimlə - Elşad Abdullayevlə telefonla danışmayıb. 2003-cüildə onun mobil telefonu olmayıb. Cinayət işində maddi sübut kimigöstərilən mobil telefon (050 3843308) o zaman Kürdəmir Rayon PolisŞöbəsinin rəis müavini işləmiş Qalib Tağıyevindir. Belə ki, 2003-cü ildəZiya Səmədov (hazırda həbsdədir) adlı polis işçisi atam MübarizAbdullayevi heyvan üçün ot almaq adı ilə çayxanaya dəvət edib, mobiltelefonu stolun üstünə qoyub və bu zaman iki polis əməkdaşı atamısaxlayıb, telefonun ona məxsus olduğunu bildirib. Bu əsasla da atamaqarşı cinayət işi başlanıb” deyə, o qeyd edib. Tehran Abdullayevatasının barəsində cinayət işinin yenidən ibtidai istintaqaqaytarılmasını, onun və ailə üzvlərinin təhlükəsizliyinin təminedilməsini ölkə rəhbərliyindən xahiş edir".//musavat/com

Qaynar.info