Xəbər lenti

Elşad Abdullayevdən yeni şok VİDEO
Ölkə05:26 21.02.2013

Elşad Abdullayevdən yeni şok VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hazırda Fransada olan ABU-nun sabiq rektoru Elşad Abdullayev axşam saatlarında yeni video yayıb.

E.Abdullayevin nümayəndəsi Elnur Məcidli deyib ki, video görüntülər 09.Xl.2004-cü il tarixində qeydə alınıb. Videonun əsas qəhrəmanı DİN polkovniki Rasim İldrımzadədir.

Videoda DİN-in polkovniki Rasim İldrımzadə ilə söhbətinin qısa icmalı belədir:

1. Rasim İldırımzadə Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilat - "ölüm eskadronu " tərəfindən oğurlanmış Milli Təhlükəsizlik Nazirliyinin zabiti Mahir Abdullayevin geri qaytarılması ücün qardaşı huquq professoru Elşad Abdullayevədən 1 milyon ABŞ dolları tələb etmişdir ;
2. Rasim İldrımzadə zərərcəkmiş Elşad Abdullayevlə BDU-nun huquq fakültəsində birgə oxuduqları dövrü və müəllimləri xatırlayırlar:
3. Rasim İldrımzadə “Mahiri məndən başqa hec kim gətirə bilməz, Siz mənə qarant durmalısınız “-deyir;
4. Rasim İldrımzadə qeyd edir ki, Mahirin “yerini bilirəm, o, sag-salamatdır, gözümlə görmüşəm”;
5. Rasim İldrımzadə Elşad Abdullayevi inandırmağa çalışır ki, Mahiri 3-5 günə şəxsən gətirib təhvil verəcəm sizə;
6. “Mahir hazırda Azərbaycanın sərhəddindədir”;
7. “Mahiri siravi oğrular oğurlamayıbdır, hökumətin icindəki banditlər oğurlayıbdır”;
8. “Mahirə görə kim sənin yanına gəlsə qov getsin, hətta mənim adımdan da gəlib desələr belə, yaxınına buraxma”;
9. “Mahir sağdır gəlib nə olubsa hər şeyi sənə danışacaq , səninlə telefonla danışmağa qoymurlar”;
10. “Elsad muəllim Mahiri məndən alarsan, bu gündən Mahirə mənəm cavabdeh” .

Video görüntünü təqdim edirik.