
“KQB”nin mərhum polkovniki Rövşən Heydərovun qızı Səyarə Heydərovanın fəaliyyəti dayandırılan ABU-nun Fransada məskunlaşan sabiq rektoru Elşad Abdullayevin ona mesajlar yazması ilə bağlı mətbuata verdiyi açıqlamasına rektorun sözçüsü Elnur Məcidli münasibət bildirib.
“Qafqazinfo”nun məlumatına görə, E.Məcidli bildirib ki, Elşad Abdullayev bu xanımı tanımır və qəti şəkildə belə bir yazışma olmayıb: “Səyarə Heydərovaya və bütün ictimaiyyətə çatdırmaq istəyirik ki, Elşad Abdullayev bu xanımı tanımır və qəti şəkildə belə bir yazışma olmayıb.
Bütün bunlar keçmiş MTN-çi Ramin Nağıyevin oyunlarıdı, özünü hörmətdən salmaqla məşğuldu. Şəxsən mən Ramin müəllimə bunu yaraşdırmıram. Gündəmdə qalmaq həvəsi onu bu günə salıb.
Səyarə Heydərova ilk dəfə Ramin Nağıyev tərəfindən gündəmə gətirilib, Gülər Əhmədovanın Rusiyadan videolarla bağlı saxta ekspert rəyi almaqla bağlı sənədləri açıqlayan şəxs idi. Biz onu sadəcə mətbuatdan təqib etmişik, onunla hər hansı əlaqəmiz olmayıb və biz buna ümumiyyətlə cəhd etməmişik.
Ramin Nağıyev artıq aylardı mənə və Elşad müəllimə Emil Nəcəfzadə adıyla yazaraq bizdən informasiya qoparmağa çalışıb və biz onu iqnor etmişik, buna nail olmayıb. Mən Emil Nəcəfzadənin mənə yazdıqlarını ictimai olaraq yayınlayacam, yazı stilinin Ramin Nağıyevə aid olduğunu görəcəksiniz.
Çox güman ki, Ramin Nağıyev Elşad Abdullayevin adından facebookda saxta profil açaraq Səyarə xanımla yazışmağa cəhd edib və uğursuz alınıb.
Mən Səyarə xanımdan xahiş edirəm ki, polisə müraciət etsin, əlindəki materialları təqdim etsin, İP kodla hardan yazıldığını təsbit etmək bir o qədər çətin deyil.
Biz Emil Nəcəfzadə adlı profilin Ramin Nağıyev tərəfindən idarə edildiyini dəqiqləşdirdiyimiz üçün onun yazdıqlarını ciddiyə almırdıq.
Ancaq Elşad Abdullayevin adından saxta profil açılması qəbuledilməzdir və bununla bağlı Fransa hüquq-mühafizə orqanlarına müraciət edəcəyik.
Səyyarə xanımdan xahiş edirəm ki, o da həmin yazışmaları polisə versin və bu cür saxtakarlıqlarla, ara-qatmalarla məşğul olan bir şəxsin cəzalandırılmasında bizə kömək etsin”.
Qaynar.info