Xəbər lenti

Elşad Abdullayevin oğurlanan qardaşından ŞOK XƏBƏR
Ölkə06:36 15.08.2013

Elşad Abdullayevin oğurlanan qardaşından ŞOK XƏBƏR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin 2003-cü ilin oktyabrında itkin düşən qardaşı Mahir Abdullayevin Hüquqlarını Müdafiə Komitəsi çərşənbə günü RATİ-də mətbuat konfransı keçirib.
Komitənin sədri Azad Mürsəliyev mətbuat konfransının məqsədi kimi M.Abdullayevlə bağlı hesabat və saytın təqdim olunmasını göstərib. Hesabatı İctimai Təhqiqat Qrupu hazırlayıb. M.Abdullayevin 2003-cü ildə itkin düşməsi bir qrup yüksək vəzifəli şəxsin himayəsi altında baş verən insan oğurluğu sayılır. Bunun insan oğurıluğu olmasına əsas kimi M.Abdullayevin qardaşı, keçmiş rektor Elşad Abdullayevin bu hadisə ilə bağlı yaydığı video-materiallar göstərilir. Hesabatda keçmiş rektor E.Abdullayev bu hadisələrdə zərərçəkən kimi tanınır. Video-materiallarda göstərilən şəxslərin 3-4-ü barəsində insan oğurlıuğuna görə yox, dələduzluqla bağlı cinayət işi açılmasına etiraz olunur.

Hakimiyyətin Abdullayevlər ailəsinə qadağa, təhdidlər işə saldığı deyilib. Xaricdə müalicə almalı olan ailə üzvlərinin xaricə çıxması yasaq edilib. Ailə üzvlərinin əmlak və mülklərinə həbs qoyulub. Müdafiə komitəsinə qoşulanlar və qoşulmaq istəyənlər təhdid edilir, bəziləri təhdidlərdən çəkinməyə məcbur olublar.

M.Abdullayevin Kürdəmirdə yaşayan qohumu Mübariz Abdullayevə hüquq-mühafizə orqanları təzyiqlərə başlayıb. Məqsəd də Elşad Abdullayevdən külli miqdarda pulları vəzifəli şəxslərin yox, M.Abdullayevin tələb etməsinə dair etiraf almaqdır. Daha bir maraqlı məsələ var. 2003-cü il oktyabrın 13-də oğurlanmasına baxmayaraq, 2004-cü ilin iyununda milli təhlükəsizlik naziri Namiq Abbasovun əmrilə M.Abdullayevə növbəti polkovnik-leytenant rütbəsi verilib.

MTN mayoru olan M.Abdullayevin 2003-cü ildə oğurlanmasına baxmayaraq, hələ də cinayətin üstünün açılmaması bunda bəzi vəzifəli şəxslərin maraqları olması ilə əlaqələndirilir. İstintaq hadisəyə insan oğurluğu yox, itkin düşmək kimi yanaşır. Bu məsələdə Abdullayevlər ailəsinin bütünlükdə zərərçəkən kimi tanınmamasına narazılıq edilir. Məsələni ictimailəşdirdiyinə görə Abdullayevlər ailəsinə, komitə üzvlərinə təzyiqlər artır. Hakimiyyət cinayətin üstünün açılmasında maraqlı olmamaqda ittiham edilir.

Təhqiqat qrupu istintaqa tövsiyələr verir. Bu işdə adı keçən bütün vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb olunması təklif edilir. Bu cinayət işi üzərində işləmiş 12-yə yaxın müstəntiq və prokuror istintaqa peşəkar yanaşmadıqlarına görə cinayət məsuliyyətinə cəlb olunmaları tövsiyə edilib.

Qaynar.info