Xəbər lenti

Elşad Abdullayevin qardaşının köməkçisi həbs edildi
Ölkə05:35 06.11.2014

Elşad Abdullayevin qardaşının köməkçisi həbs edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Elşad Abdullayevin itkin düşən qardaşı Mahir Abdullayevin şəxsi köməkçisi həbs edilib.

Bu barədə Axar.az-a etibarlı mənbədən məlumat daxil olub. Məlumatda qeyd edirlir ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin itkin düşmüş qardaşı Mahir Abdullayevin Bəhruz adlı şəxsi köməkçisinə qarşı cinayət işi açılıb.

M.Abdullayevin köməkçisi dələduzluqda ittiham edilir. Faktla əlaqədar Qaradağ Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 178-ci maddəsi (dələduzluq) ilə cinayət işi açılıb, Qaradağ Məhkəməsi isə dələduz barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.

Məsələ ilə əlaqədar Qaradağ Rayon Polis İdarəsinin növbətçi hissəsindən Axar.az-a bununla bağlı məlumat verə bilməyəcəklərini dedilər.

Qaynar.info