
Bağlanmış Azərbaycan Beynəlxalq Universitetinin Fransada sığınacaq tapan sabiq rektoru Elşad Abdullayev barədə daha bir maraqlı cəbər yayılıb.
Veteninfo.az saytı xəbər verir ki, E.Abdullayev tələbələrdən qazandığı və "qara transplantasiya"dan əldə etdiyi pulları xarici ölkələrdə daşınmaz əmlak sektoruna yatırıb.
İnformasiyaya görə, sabiq rektor Dubayda iki villaya və Çexiyanın kurort şəhəri Karlovı Varıda dəbdəbəli evə malikdir.
Sayt yazır ki, Abdullayev Dubaydakı villalarını ayı 20 min dollara kirayəyəy verib.
Xəbər verilir ki, o, həmçinin Moskva və Parisdə də daşınmaz əmlak sahibidir.
Hələlik E.Abdullayevin bu yazılanlara münasibəti barədə xəbər yoxdur.