Xəbər lenti

Elşad Baratdan şəhid Xalid Hassana möhtəşəm ithaf şeiri (FOTO)
Ölkə08:03 11.12.2020

Elşad Baratdan şəhid Xalid Hassana möhtəşəm ithaf şeiri (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bu gün şəhid Xalid Hassanın anası ilə telefonda danışdım, mənə elə gəldi ki, şəhidin özü ilə görüşdüm. Elə o xəyali görüşdən bir şeir yarandı”. 
Qaynarinfo xəbər verir ki, bu sözləri şair Elşad Barat yazıb. O, yeni şeirini təqdim edib:
Salam, könüllü əsgər, 
Könüllü şəhid, salam.
Bu şeiri sən danış, 
Mən susuram, mən lalam.
Danış, bizə necədi,
Şəhidliyin zirvəsi,
Haqqın axan çayları,
Cənnətinin meyvəsi? 
Necədi anan üçün,
Yuxu olmaq, səs olmaq?
Necədi vətən üçün,
Ölüb müqəddəs olmaq? 
Özün de, doğmalara,
Uzaqdan baxmaq necə?
Səkkiz aylıq qızından,
Sarı darıxmaq necə?
Necə olur ananı, 
Ağlayanda izləmək?
O yatanda başının, 
Üzərində gözləmək?
Özün danış, özün de,
Vaxt ötür, gecə keçir.
Şəhidlər arasında,
Qələbə necə keçir?
Dayan, hara gedirsən?
....Yaxşı yol, gülə-gülə. 
Hamıya salam denən,
Hamını təbrik elə.