Xəbər lenti

Elşad Hacıyev: “Qarabağdakı erməniəsilli sakinlərin təhlükəsizliyi və hüquqları diqqət mərkəzindədir”
Ölkə15:00 23.09.2023

Elşad Hacıyev: “Qarabağdakı erməniəsilli sakinlərin təhlükəsizliyi və hüquqları diqqət mərkəzindədir”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycanın digər bölgələrində yaşayan vətəndaşlar kimi, Qarabağda yaşayan erməniəsilli sakinlərin də təhlükəsizliyi və hüquqlarının qorunması diqqət mərkəzində saxlanılır”.
"Report”un  verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Daxili İşlər Nazirliyin (DİN) Mətbuat Xidməti İdarəsinin rəisi Elşad Hacıyev deyib.
Onun sözlərinə görə, Qarabağda yaşayan erməniəsilli sakinlər əsasən sağlamlıq məsələləri ilə bağlı müraciət edirlər:
"Onlara lazımı dəstək göstərilir. Füzuli, Kəlbəcər və Ağdamda Fövqəladə Hallar Nazirliyi tərəfindən çadırlar quraşdırılıb. Onlar gündəlik yeməklə də təmin olunurlar”.