Xəbər lenti

Elşad İsgəndərov: "Bu sahədə Avropadan irəlidəyik"
Ölkə09:10 10.04.2017

Elşad İsgəndərov: "Bu sahədə Avropadan irəlidəyik"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Purtacayada "İƏT Gənclər Paytaxtı" ilinin açılış mərasimi keçrilib.

"Qaynar" xəbər verir ki,  Malayziyanın inzibati paytaxtı Putracaya şəhərinin baş meydanı olan "Putra Square"də, bu şəhərin İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin növbəti Gənclik Paytaxtı  elan edilməsi ilə bağlı təntənəli açılış mərasimi keçirilib. Dialoq və Əməkdaşlıq uğrunda İƏT Gənclər Forumu, Malayziya Gənclər və İdman Nazirliyi və Putracaya şəhəri Meriyasının təşkilatçılığı ilə keçirilən təntənəli mərasimə Malayziyanın dövlət və hökumət qurumları, İƏT ölkələri diplomatik nümayəndələri və 500-dən artıq gənclər təmsilçisi qatılmışdır.

Tədbirdə ev sahibi ölkə kimi Malayziyanın Gənclər və İdman naziri Xayri Camaluddin çıxış edərək, İƏT Gənclər Forumunun son illərdə beynəlxalq səviyyədə ardıcıl olaraq qazandığı uğurlardan, keçən ildən etibarən İƏT Gənclər Forumunun təşəbbüsü ilə həyata keçirilməyə başlamış “İƏT Gənclər Paytaxtı” layihəsinin əhəmiyyətindən danışmış, bu layihənin üzv-ölkələr arasında həmrəyliyin möhkəmləndirilməsində böyük rol oynayacağını qeyd etmişdir.

İƏT Gənclər Forumunun sədri Elşad Isgəndərov Malayziya hökuməti və gəncliyini Paytaxt adının qazanması münasibətilə təbrik edərək, Forum fəaliyyətlərinin, o cümlədən, Gənclik Paytaxtı proqramının əsas məqsədinin İƏT gəncliyinin üzləşdiyi qlobal çağırışlara hazırlamaq olduğunu qeyd etmişdir. Müsəlman dünyasının  hal-hazırda üzləşdiyi problemlərdən bəhs edərkən, o, getdikcə artan islamafobiya, İslam ölkələrinin inkişafdan geridə qalması, radikalizm və məzhəblərarası münaqişələr kimi böhranlı problemləri xüsusi vurğulamışdır. 

İƏT Gənclər Forumunun sədri “İƏT Gənclər Paytaxtı” layihəsi çərçivəsində bu il İslam ölkələrində üç paytaxt şəhərində həyata keçiriləcək 20-dən artıq proqramın məhz bu problemlərin həllini əsas tutacağını bildirən E. İsgəndərov bu sahədə qabaqcıl ölkələrlə müqayisə olunacaq keyfiyyətin də əldə olunmasının vacibliyini vurğulamışdır. 

E. İsgəndərov qeyd etmişdir ki,  Avropada əgər ildə bir şəhər Gənclər Paytaxtı seçilir və gənclərə yönəlik proqramlar həyata keçirilirsə, bu il müsəlman ölkələri arasında 3 şəhər Gənclər paytaxtı seçilmişdir və bu sahədə Avropadan irəlidəyik.

Təntənəli açılış mərasimi Malayziya gənclərinin təşkil etdiyi incəsənət proqramı ilə davam etmişdir. Sonrakı 2 gün ərzində isə İƏT ölkələrindən olan gənc iş adamlarının iştirakı ilə "Halal Food and Fashion” beynəlxalq sərgisi keciriləcəkdir.

Qeyd etmək lazımdır ki, 2016-cı ildə İstanbul şəhəri İƏT Gənclər Paytaxtı elan olunmuş, 2017-ci ildə isə Şiraz (Iran), Putracaya  (Malayziya) və Fəs (Mərakeş) şəhərlərinin İƏT Gənclər Paytaxtı seçilmişlər.

Qaynar.Az