Xəbər lenti

Elşad Xose həbs olunub? - AÇIQLAMA
Ölkə16:59 24.06.2016

Elşad Xose həbs olunub? - AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Mən həbs olunmamışam. Telefonumu hamı bilir, zəng edib, maraqlanmayıb xəbər yazırlar. Bu xəbərləri haradan götürürlər, kim fikirləşir, necə yazılır başım çıxmır". 
Bu sözləri teleqraf.com-a açıqlamasında bu gün həbs olunması xəbəri yayılan rep ifaçısı Elşad Xose deyib. 
"Belə bir hadisə olsa, mən indi burada ola, sizinlə danışa bilməzdim. O xəbəri yazanda mənbəni də qeyd etmək lazımdır. Hansısa idarə, bölmə açıqlama verməlidir. Bir sayt yazır ki, o biri saytın yazdığına görə... Belə xəbər yazarlar? Mən artıq belə xəbərlərə qeyri-ciddi yanaşıram. Tanınmış sayt deyilsə, fikir verməməyə çalışıram". 
Mediada yer alan xəbərə görə, Elşad Xoseni polislər saxlayıb. Hadisə iyunun 22-dən 23-nə keçən gecə Bakı şəhərində baş verib. Saxlanarkən Elşad Xosenin üzərində heroin maddəsinin aşkarlandığı iddia edilib.
Qaynarinfo.az