Xəbər lenti

Elvin uduzdu, Rövşən Bayramov bürünc medal üçün güləşəcək - YENİLƏNİR
Ölkə16:00 14.08.2016

Elvin uduzdu, Rövşən Bayramov bürünc medal üçün güləşəcək - YENİLƏNİR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Rio Olimpiadasında güləş yarışlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, döşək üzərinə ilk olaraq Yuna-Roma güləşçiləri çıxacaqlar.

Azərbaycan yığmasının iki üzvü – Rövşən Bayramov (59 kq) və Elvin Mürsəliyev (75 kq) də Olimpiadada debüt edəcəklər.

***

Elvin mübarizəyə 1/16 finaldan etibarən başlayıb. Onun ilk rəqibi misirli Rəşad Fevzi Mahmud Sebye olub. Rəqibinə 2:1 hesabı ilə qalib gələn idmançımız 1/8 finala yüksəlib.

Elvinin bu mərhələdə Zurabi Datunaşvilini (Gürcüstan) məğlub edən Dosjan Kartikovla (Qazaxıstan) qarşılaşb. Təmsilçimiz bu güləşçini də yolundan kənarlaşdırıb - 5:1. Yarımfinala gedən yolda idmançımız macarıstanlı Peter Bacsi ilə üz-üzə gəlib. O, mübarizəni məğlub başa vurub. Elvin bürünc medal qazanmaq üçün təsəlliverici görüşlərə qatılacaq.

***

Son iki Olimpiadanın (Pekin-2008 və London-2012) gümüş mükafatçısı Rövşən Bayramov da çıxışa başlayıb. İdmançımız mübarizəyə 1/8 final mərhələsindən start verib. Onun ilk rəqibi Venesuela güləşçisi Rayber Xose Orozko Rodrigez olub. Pəhləvanımız bu rəqibini asanlıqla məğlub edib - 8:0.

Həmyerlimiz 1/4 finalda Mahadi El Messaudiyə (Mərakeş) 8:0 hesabı ilə qalib gələn Xese David Tielke ilə qarşılaşıb. ABŞ-lı rəqibinə də şans verməyən Bayramov 9:0-lıq qələbə ilə yarımfinala yüksəlib.

Finala çıxmaq üçün pəhləvanımız yapon güləşçi Ota Şinobunu məğlub etməli idi. Ancaq əsas medal ümidlərimizdən olan Rövşən görüşü məğlub başa vurub - 2:4. Yapon idmançı onun kürəyini yerə vurmağı bacarıb.

Qaynarinfo.Az