Xəbər lenti

Elxan Şahinoğlu ANS-lə Sılanı müqayisə etdi
Ölkə08:24 12.08.2016

Elxan Şahinoğlu ANS-lə Sılanı müqayisə etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Yayımlamadığı müsahibəyə görə ANS-in qapadılması nə qədər yanlış idisə, İstanbuldakı mitinqi “şou” adlandırdığına görə türkiyəli müğənni Silanın konsertlərinin müxtəlif şəhərlərdə ləğv edilməsi bir o qədər səhv addımdır". 

Qaynarinfo.Az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Elxan Şahinoğlu bildirib ki, müğənninin dabreçilərlə mübarizədə şəhid olan insanların xatirəsini anan və milyonların qatıldığı mitinqi “şou” adlandırması yersiz olsa da, bu fərqli baxışdır: "Bu baxışına görə onu tənqid etmək olar, hətta sosial şəbəkələrdə kim istəsə “ay vətəndaşlar onun konsertinə getməyin” çağırışını da edə bilər, ancaq söymək, aşağılamaq, bələdiyyələr səviyyəsində konsertlərini ləğv etmək doğru deyil". 

Politoloqun fikrincə bu həm də ona görə yanlışdır ki, bunu edənlər 15 iyulda insanları qətl edən FETÖ-nun çörəyinə yağ sürtür.

Qaynarinfo.Az