Xəbər lenti

Elza Seyidcahan deputat olmaq istəyir: "Namizədliyimi irəli sürəcəm"
Ölkə06:00 26.08.2015

Elza Seyidcahan deputat olmaq istəyir: "Namizədliyimi irəli sürəcəm"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əməkdar artist Elza Seyidcahan maraqlı açıqlama verib. Qaynar.info axşam.az-a istinadən xəbər verir ki, müğənni bu il millət vəkilliyinə namizədliyini irəli sürəcəyini bildirib:
“Hər zaman deyirdim, amma ciddi qəbul olunmurdu. Bu il millət vəkilliyinə namizədliyimi irəli sürəcəm. Seçəcəklərsə, xoşbəxt olacam. Seçilməsəm də, həyatıma davam edəcəm. Vaxt var idi ki, məni müzakirəyə qoyurdular. İndi özümə sübut etmək istəyirəm ki, görüm mən millət vəkilliyinə layiqəm, yoxsa yox”.
Qeyd edək ki, seçkilər noyabrda baş tutacaq.
Qaynar.info