Xəbər lenti

Əməkdar artist 100 yaşında vəfat etdi
Ölkə18:57 09.11.2021

Əməkdar artist 100 yaşında vəfat etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əməkdar artist, tarzən Firudin Ələkbərov 100 yaşında vəfat edib.
Qaynarinfo xəbər verir ki, F.Ələkbərov bu gün ürək çatışmazlığından dünyasını dəyişib.
Qeyd edək ki, F. Ələkbərov 20 iyun 1921-ci ildə Gəncə şəhərində dünyaya gəlib. Gəncə və Bakıda Musiqi Texnikumunu bitirib. Əmək fəaliyyətinə Gəncə Dövlət Filarmoniyasında başlayıb. Mədəniyyət Nazirliyinin xətti ilə 1981-1991-ci illər arasında Azərbaycanın bütün rayonlarında "Muğamın təhlili və təbliği” adlı proqramla mindən artıq konsert verib.
1941-1945-ci illərdə "Əməkdə fərqlənməyə görə”, 1986-cı ildə "Əmək veteranı” medallarına (SSRİ), 1989-cu ildə Əməkdar artist fəxri adına, 2002-ci ildə Prezident təqaüdü, 2005-ci ildə isə Heydər Əliyev Fondunun təqaüdünə layiq görülüb.