Xəbər lenti

Əməkdar artist: "Araşdırdım, texniki səhv imiş"
Ölkə10:44 05.04.2024

Əməkdar artist: "Araşdırdım, texniki səhv imiş"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əməkdar artist Qoçaq Əskərov barəsində inzibati işin başlanılması ilə bağlı məsələni araşdırıb.
Xanəndə Qaynarinfo-ya açıqlamasında bildirib ki, Nizami Rayon Məhkəməsindən ona cərimənin ödəndiyi bildirilib:
"Dedilər ki, ödəmisənsə, heç bir problem yoxdur. Yəni, bununla bağlı məlumatın sistemdə görünməsi texniki səhv olub". 
Qeyd edək ki, xanəndə Qoçaq əsgərov İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edilməsi ilə bağlı məlumat vermişdik. 529.3-cü maddədə nəqliyyat vasitəsini idarə etmək hüququ 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılır.
Bahar Rüstəmli