Xəbər lenti

Əməkdar artist: Bəzən filmə-seriala dəvət mesajında rejissorlar beş səhvə yol verirlər
Ölkə 14:54 23.06.2026

Əməkdar artist: Bəzən filmə-seriala dəvət mesajında rejissorlar beş səhvə yol verirlər

Bəzən filmə-seriala dəvət mesajında rejissorlar beş səhvə yol verirlər.

Qaynarinfo xəbər verir ki, bunu "Report"a müsahibəsində Əməkdar artist Məsmə Aslanqızı deyib.

Aktrisa son illərdə bir neçə serial təklifindən imtina etdiyini bildirib.

"Ssenariləri məni qane etməmişdi, mənim üçün ssenari çox-çox vacibdir. Başqa tərəfdən isə rejissordan rejissora da fərq var. Bilirsiniz, rejissor məndə yaxşı fikir yaratmırsa, getmirəm. Mən 30 ildir, teatrdayam, bu illər ərzində yığdığım hörməti hansısa bir filmdə, serialda alacağım müəyyən qonorar xətrinə itirə bilmərəm. Bu mənada, seçici davranıram. Ən kiçik nümunəni deyim, bir də görürsən, mesaj gəlir, oxuyursan ki, bir mesajda beş dənə səhv var. Yəni adi bir təklif, adi bir dəvətdə belə bu cür xətalar məni soyudur, çünki bu ilkin təəssüratdır".

Məsmə Aslanqızı "Mikrorayon" serialına dəvət edilməsinə də toxunub.

"Mikrorayon"a dəvət gəldi, ssenarini oxudum, oxuduqca inanın ki, əllərim əsirdi. Çünki bu obrazı həyatıma çox yaxın hiss edirdim. Çəkdiyim əziyyətlər, problemlər, təklik... Oxuduqca bütün bunlar mənim gözümün qarşısından keçdi və başa düşdüm ki, Bahar mənəm. Rejissor Qulu Əsgərova da məhz belə dedim, dedim ki, bilmirəm, siz bu rola kimi təsdiq edəcəksiniz, amma Bahar mənəm".
--> -->