Xəbər lenti

Əməkdar artist: "Oğlum Estoniyada qalıb" (VİDEO)
Ölkə18:27 18.04.2020

Əməkdar artist: "Oğlum Estoniyada qalıb" (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Dövlətin qoyduğu qanuna əməl edirəm, evdə otururam. Çəkiliş olanda isə televiziyalarımız bizə evdən çıxmaq üçün xüsusi arayış verir. Efir bitəndən sonra evə gəlirik. Bilirsiz ki, universitetdə dərs deyirəm. Tədris onlayn rejimə keçdiyi üçün mən də dərsimi onlayn aparıram. Həftənin bazar ertəsi və cümə günləri tələbələrimə dərs keçirəm”. 
Qaynarinfo xəbər verir ki, bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli Xəzər TV-də yayımlanan "Səni axtarıram” sosial-ictimai proqramına "Skype” vasitəsilə qoşularkən deyib. Karantin günlərini səmərəli şəkildə keçirdiyini bildirən sənətçi oğlunun xaricdə təhsil aldığını açıqlayıb:
"Oğlum hazırda Estoniyanın paytaxtı Tallin şəhərindədir. O orada magistratura təhsilini alır. Oğlum üçün darıxıram, amma mütəmadi olaraq onunla sosial şəbəkə vasitəsilə əlaqə saxlayıram”. 
<iframe allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="" frameborder="0" height="315" src="https://www.youtube.com/embed/XSxsWB8N-yI" width="560" style="max-width: 100%;">