Xəbər lenti

Əməkdar artistə vida mərasimi təşkil olunmadı
Ölkə09:33 09.01.2014

Əməkdar artistə vida mərasimi təşkil olunmadı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın əməkdar artisti, tanınmış kino və teatr aktyoru Ömür Nağıyev qəflətən vəfat edib. 

Milli.Az xəbər verir ki, bu barədə modern.az-a aktyorun çalışdığı S.Vurğun adına Rus Dram Teatrından məlumat verilib.

“Aktyorumuz Ömür Nağıyev dekabrın 31-də müalicə olunduğu Mərkəzi Neftçilər Xəstəxanasında vəfat etdi, yanvarın 1-də dəfn etdik”, - deyə mərhum aktyorun dəfnində iştirak etmiş Rus Dram Teatrının inzibatçısı bildirib.

Lakin Rus Dram Teatrında əməkdar artistlə vida mərasimi təşkil olunmayıb. Ömür Nağıyevlə vida mərasiminin təşkil edilməməsi və əməkdar artistin urvatsız dəfn olunması onu tanıyanların və yaxınlarının narazılığına səbəb olub.

Teatrdan isə bunu belə izah ediblər: “Bunun üçün icazə almaq lazım idi. Bizdə əsasən  xalq artistlərinin və sənət üçün bir çox işlər görən adamların vida mərasimi keçirilir. Dəfnində biz də iştirak etdik. Hövsan qəbristanlığında dəfn olundu”.

Ömür Nağıyev 1953-cü ildə  Bakıda anadan olub. 1975-1979-cu illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kino və televiziya rejissorluğu fakültəsini bitirib. 1972-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işləyib. 30-dan çox filmdə çəkilib. Bakı Bələdiyyə teatrında işləyib.

2005-ci ildən S.Vurğun adına Rus Dram teatrının aktyoru idi. Teatrda işlədiyi müddətdə bir neçə obraz yaradıb. Onlardan: Bernar (K.Xiqqins "Qarold və Mod"), Prokuror (M.İbrahimbəyov "Neft bumu"), Hersoq Kornuelski (U.Şekspir "Kral Lir"), Polis (Elçin "Ubiysa"), Azər-baba (S.Vurğun "Fərhad və Şirin") kimi obrazları aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir.

Ömür Nağıyev digər əməkdar artist Nəsibə Eldarova ilə bir müddət evli olub. Onların nikahından doğulan oğlanları Rüfət Nağıyev də bir neçə ay öncə, 30 sentyabr 2013-cü il tarixində vəfat etmişdi. O, yüksək dozada narkotik qəbul olunması nəticəsində ölmüşdü.


Qaynar.info