Xəbər lenti

Əməkdar artistin oğlu küçə süpürür (VİDEO)
Ölkə14:46 04.09.2019

Əməkdar artistin oğlu küçə süpürür (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əməkdar artist, tanınmış sənətkar Fatma Mehrəliyevanın oğlu Qabil Mehrəliyev əlacsız durumdadır.
Qaynarinfo xəbər verir ki, sənətkarın oğlu AZXEBER.COM-a açıqlamasında küçələrdə yaşadığını və heç kimin ona dəstək olmadığını deyib.
Q.Mehrəliyev deyib ki, hazırda küçələri süpürməklə pul qazanır:
"74 yaşım var, həyatda heç kimim yoxdur. Anam 2000-ci ildə vəfat edəndən sonra kimsəsiz qalmışam. Övladlarım da məni atıb gedib. Hazırda Dərnəgüldə küçələri süpürürəm, zibilləri daşıyıram, özümdə 1 metrlik "butka”da qalıram. Anamın sənətçi dostlarından, imkanlı şəxslərdən xahiş ediərəm ki, mənə kömək etsinlər”.