Xəbər lenti

Əməkdar artistin şəhid qardaşı ilə bağlı paylaşımı hər kəsi kövrəltdi (FOTO)
Ölkə06:37 13.04.2024

Əməkdar artistin şəhid qardaşı ilə bağlı paylaşımı hər kəsi kövrəltdi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əməkdar artist Gülüstan Əliyeva 1994-cü ilin aprel döyüşlərində Qırmızı kənddə şəhid olan qardaşı Azadın məzarını ziyarət edib.
Qaynarinfo axsam.az-a istinadən xəbər verir ki, sənətçi sosial şəbəkədə foto paylaşaraq bunları yazıb:
"Qardaşlar, ay qardaşlar. Yağış kəsər, qar başlar. Ölür bacılar ölsün. Ölməsin heç qardaşlar. Allah şəhidlərimizə rəhmət eləsin".
Qeyd edək ki, Gülüstan Əliyeva şəhid həyat yoldaşı Zahid Əhmədov da şəhid olub. Onun bu nikahdan bir oğul övladı var.