Xəbər lenti

Əməkdar məşqçi vəfat etdi (FOTO)
Ölkə06:18 06.11.2024

Əməkdar məşqçi vəfat etdi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın Əməkdar məşqçisi, sabiq voleybolçu Yaqub Rəsulov vəfat edib.
"Qafqazinfo”nun məlumatına görə, 70 yaşlı çalışdırıcı uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib.
Mərhum sabah Masallı şəhər qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, Yaqub Rəsulov kişi və yeniyetmə voleybolçulardan ibarət milli komandanın məşqçisi olub. 
O, son olaraq  "Murov Az Terminal” voleybol klubunda yeniyetmə və gənc voleybolçuların seçilməsi üzrə  seleksiya işlərinə nəzarət edirdi.