Xəbər lenti

Əməliyyat olundu, beş gün sonra vəfat etdi
Ölkə 09:50 17.12.2025

Əməliyyat olundu, beş gün sonra vəfat etdi

Kürdəmirdə 5 gün əvvəl əməliyyat olunan 22 yaşlı qadın xəstəxanada dünyasını dəyişib.

Qaynarinfo "Bizim.Media"ya istinadən xəbər verir ki, hadisə dekabrın 16-da, saat 19 radələrində Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.

Belə ki, Kürdəmir rayonu, Qarasu kənd sakini, 2003-cü təvəllüdlü Məleykə Müsəllim qızı Nurməmmədova dekabın 11-də ginekoloji problemlə bağlı xəstəxanaya müraciət edib və həkimlər ona əməliyyat təyin ediblər.

Növbəti gün qadın əməliyyat olunub. Əməliyyat uğurlu alınsa da, Məleykə Nurməmmədova dekabrın 16-da, saat 19 radələrində kəskin qan azlığından dünyasını dəyişib.

Mərhumun yaxınları qadının ölüm səbəbini həkim səhlənkarlığı ilə əlaqələndirirlər. Qeyd edək ki, ölən qadın 5 ildir evlidir və onun bu evlilikdən iki azyaşlı qızı var.

Hazırda faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırmalara başlanılıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->