Xəbər lenti

Əməliyyat zamanı "TikTok"da canlı açan cərrah nazirliyə çağırıldı (VİDEO)
Ölkə11:42 19.02.2025

Əməliyyat zamanı "TikTok"da canlı açan cərrah nazirliyə çağırıldı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bir neçə gün əvvəl "National Prime Hospital”dakı əməliyyat zamanı "TikTok”da canlı yayım edən cərraha xəbərdarlıq olunub.
Bu barədə "Unikal”a Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, cərrah Ruslan Ağayev nazirliyə dəvət olunub:
"Nazirliyin müvafiq şöbəsinin əməkdaşları tərəfindən onunla söhbətlər aparılıb. Səhiyyə Nazirliyinin 137 nömrəli əmri – "Həkimin Etik Davranış Qaydaları”nın müvafiq bəndlərinin tələblərinə riayət olunmasının vacibliyi ilə bağlı ona xəbərdarlıq edilib”.