Xəbər lenti

Əməliyyatdan sonra iflic olub komaya düşən aktyor Möylə Mirzəliyevdən xəbər var
Ölkə13:43 18.03.2025

Əməliyyatdan sonra iflic olub komaya düşən aktyor Möylə Mirzəliyevdən xəbər var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyev bu gün əməliyyat ediləcək.
Yeni Klinikadan "Report”un sorğusuna cavab olaraq bildirilib ki, aktyorun vəziyyəti ağır olaraq qalır:
"Xəstənin tənəffüs çatışmazlığı səbəbi ilə süni tənəffüs dəstəkli müalicəsinin davam edilməsi üçün traxeostomiya (ağciyərin hava ilə təmin olunması üçün traxeyanın deşilməsi üçün cərrahi əməliyyat) əməliyyatı icra olunacaq”, - sorğuya cavabda vurğulanıb.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəyev bir müddət əvvəl özəl tibb müəssisələrinin birində əməliyyat olunub.
Əməliyyatdan sonra aktyorda yuxarı və aşağı ətrafların iflici qeydə alınıb və o uzun müddət digər tibb müəssisəsinin Reanimasiya və intensiv terapiya şöbəsində müalicə edilib.
Vəziyyəti daha da ağırlaşdıqdan sonra Yeni Klinikaya yerləşdirilib.