Xəbər lenti

Çəmənzəminlinin 30-a yaxın məqaləsi tapıldı
Ölkə13:07 01.04.2014

Çəmənzəminlinin 30-a yaxın məqaləsi tapıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Görkəmli Azərbaycan ədibi Yusif Vəzir Çəmənzəminlinin 30-a yaxın məqaləsi tapılıb.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) M.Füzuli adına Əlyazmalar İnstitutundan Trend-ə verilən məlumata görə, həmin məqalələr institutun elmi işçisi Şəlalə Ana Hümmətli tərəfindən üzə çıxarılıb.

O, Y.V.Çəmənzəminlinin 1918-1920-ci illərdə Krımın Ağməscid (Simferopol) şəhərində nəşr olunan "Millət" qəzetində dərc edilmiş, indiyədək haqqında məlumatımız olmayan 30-a yaxın məqaləsini aşkar edib.

"Yusif Vəzirov", "Y." imzaları ilə çap edilən bu məqalələr yazıçının ədəbi irsinin, Azərbaycan-Krım ədəbi əlaqələrinin öyrənilməsi baxımından böyük maraq kəsb edir.

Qaynar.info