Müğənni və iş adamı Emin Ağalarov da "Facebook"-un qurucusu Mark Zukerberqin başladığı #IceBucketChallenge xeyriyyə aksiyasına qoşulub.
365.Az xəbər verir ki, Emin İnstagram səhifəsində paylaşdığı videoda “Estafeti Sergey Lazarevdən alır, Stas Mixaylova, Ani Loraka və Svetlana Lobodaya verirəm” - deyir.
İfaçının başına bir vedrə suyu əkiz oğlanları Əli və Mikayıl töküb.
Nəzərinizə çatdıraq ki, Mark Zukerberqin başladığı bu onlayn aksiya sinir xəstəliyi olan ALS-ə diqqət çəkmək məqsədi ilə keçirilir. Xeyriyyə aksiyasında iştirak edən hər kəs özündən sonrakı insanların adını çəkməlidir. 24 saat ərzində bu aksiyaya qoşulmasalar xeyriyyə üçün 100 dollarlıq ianə etməli olacaqlar.
#IceBucketChallenge həştəqi ilə edilən paylaşımlar təkcə Twitter-də 128 minə çataraq 1 milliyon dollar məbləğində vəsait toplayıb.
Markdan sonra Apple, Microsoft və digər şirkətlərin rəhbərlərinin qoşulduğu aksiyaya Azərbaycandan ilk olaraq KSM Azərbaycan və Shopera.az şirkətlərinin rəhbəri Rəşad Camal qoşulub.
Qaynar.info