Xəbər lenti

Emin Ağalarov Leyla Əliyevaya təşəkkür etdi - FOTO
Ölkə19:27 01.04.2016

Emin Ağalarov Leyla Əliyevaya təşəkkür etdi - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyada yaşayan azərbaycanlı müğənni, iş adamı Emin Ağalarov “Instagram”da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və övladları ilə birlikdə şəklini paylaşıb.
Anspress-in məlumatına görə, Emin Ağalarov paylaşdığı fotonun altında yazdığı şərhdə Leyla Əliyevaya təşəkkür edib.
"Dostluğuna, düşüncəli olmağına, dəstəyinə və balaca möcüzə oğlanlara sənə təşəkkür edirəm Leyla", - Emin şərhdə yazıb.
Leyla Əliyeva ilə Emin Ağalarov 2006-cı il, aprelin 30-da ailə qurublar. 2015-ci ilin mayında isə cütlük ayrılıb. Onlar dost olaraq qalacaqlarını bildiribilər.
İyul ayında Leyla Əliyeva valideyn himayəsindən məhrum olan körpə qızı övladlığa götürüb. Onun adı Əminədir.
Qaynar.info