Xəbər lenti

Emin Ağalarovdan 5 milyonluq yardım (VİDEO)
Ölkə17:46 27.03.2018

Emin Ağalarovdan 5 milyonluq yardım (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Müğənni-bəstəkar Emin Ağalarov Rusiyanın Kemerov vilayətində əyləncə mərkəzindəki yanğında həlak olan 64 nəfərin ailəsinə maddi yardım edəcək.
"Qafqazinfo” xəbər verir ki, biznesmen 5 şəhərdə verdiyi konsertdən əldə etdiyi 5 milyon rubl gəliri faciə qurbanlarının ailələrinə ayırıb. Bu barədə o, İnstaqram hesabında məlumat verib:
"Kemerovda baş vermiş dəhşətli faciəyə biganə qalmaq qeyri-mümkündür. Buna görə mən yanğından sonra köməyə ehtiyacı olan qurbanların və yaralanan şəxslərin ailələrinə pul yardımı etmək qərarına gəlmişəm. Beş şəhərdə konsert vermişəm və hər bir konsertdən 1 milyon rubl gəlirim olub. Bu isə 5 milyon rubl deməkdir. Gəlirimi Müslüm Maqomayev adına Fonda göndərirəm. Bundan əlavə, atam Araz Ağalarov başda olmaqla dostlarımla birlikdə 15 milyon rubl toplamışıq və toplamağa davam edirik”.
E. Ağalarov martın 28-də Tümendə keçirməyi planlaşdırdığı konsertini təxirə saldığını da bildirib.