Xəbər lenti

Emin Hüseynov haradadır? - Tutulub, yoxsa gizlənib?
Ölkə08:07 11.08.2014

Emin Hüseynov haradadır? - Tutulub, yoxsa gizlənib?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Artıq dördüncü gündür Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) direktoru Emin Hüseynovdan xəbər yoxdur. 

"Qafqazinfo" Turan-a istinadən xəbər verir ki, avqustun 8-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi RATİ-də axtarış apararkən Emin Hüseynov iştirak etməyib. Axtarışa rəhbərlik edən müstəntiq RATİ-nin direktorunun iştirakının vacib olmadığını bildirib.

RATİ-nin əməkdaşları və ailəsi Emin Hüseynovun harada olduğunu bilmir. Emin Hüseynovun mobil telefonu avqustun 10-dək zəngləri qəbul edib, amma cavab verən olmayıb. Avqustun 11-dən isə telefonu söndürülüb.

Baş Prokurorluğun mətbuat xidməti də Emin Hüseynovla bağlı məlumata malik deyil. “Mətbuat xidmətində Emin Hüseynovla bağlı hər hansı məlumat yoxdur”, - mətbuat xidmətindən Turan-a bildirilib.

Qaynar.info