Xəbər lenti

Emin Hüseynovun yeri bilindi... - YENİLƏNİB+4
Ölkə13:33 08.08.2014

Emin Hüseynovun yeri bilindi... - YENİLƏNİB+4

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

18:33

Musavat.com-a verilən son məlumata görə, RATİ-nin rəhbəri Emin Hüseynov hazırda ABŞ-ın Azərbaycandakı səfirliyindədir.

17:45

RATİ-nin durektoru Emin Hüseynovun saxlanılması barədə xəbərlər yayılıb.

Hüquq müdafiəçisinin Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə aparıldığı deyilir.

Lakin hüquq-mühafizə orqanlarındakı mənbə virtualaz.org saytına açıqlamasında E.Hüseynovun saxlanması xəbərinin doğru olmadığını bildirib.

Virtualaz.org saytının hazırda RATİ-nin ofisində olan müxbiri xəbər verir ki, E.Hüseynovun telefonuna zəng çatmır: "RATİ əməkdaşlarının onunla telefon əlaqəsi yaratmaq cəhdləri saatlardır ki, nəticəsiz qalıb".

Meydan TV-nin məlumatına görə, RATİ sədrinin bank hesablarına və ölkədən çıxışına da qadağa qoyulub. 

O, Respublika Prokurorluğunun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə aparılıb.

17:05

Emin Hüseynov istintaq idarəsinə aparılıb 

Az öncə polis tərəfindən saxlanılan Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) rəhbəri Emin Hüseynov Baş Prokurorluğun İstintaq İdarəsinə aparılıb. AzNews.az-ın məlumatına görə, RATİ-nin ofisi hələ də polis nəzarətindədir. Əlavə məlumat veriləcək.

***

16:30

Musavat.com-a daxil olan son məlumata görə, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) rəhbəri Emin Hüseynov artıq həbs edilib.

Qeyd edək ki, RATİ-nin ofisi hazırda polis nəzarəti altındadır.

Qaynar.info