Xəbər lenti

Emin Milli telekanal açdı: Meydan TV - VİDEO
Ölkə12:30 24.04.2013

Emin Milli telekanal açdı: Meydan TV - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İnternet məkanında yeni azərbaycandilli televiziyanın əsası qoyulub.

"Meydan TV" adlanan yeni TV-nin əsasını blogger Emin Milli qoyub.

Telekanalın saytında (Meydan-tv.com) verilən məlumata görə, Meydan TV mərkəzi Berlin şəhərində yerləşən gənc media kanalıdır. Məqsədi Azərbaycanda və ölkədən kənarda yaşayan vətəndaşlar üçün, həmçinin Azərbaycanda nələr baş verdiyini öyrənmək istəyən bütün insanlar üçün informasiya və əyləncə xarakterli alternativ verilişlər hazırlamaqdır.​

Meydan TV kim tərəfindən maliyyələşdirilir sualına isə belə cavab verilib: "Meydan TV Azərbaycanın ərazisində və dünyanın 4 bir tərəfində yaşayan Azərbaycan vətəndaşları tərəfindən maliyələşir. Bizi dəstəkləmək üçün Dəstək bölməsinə daxil ola bilərsiniz". 

Meydan TV artıq ilk tanıtım videosunu yayımlayıb. Həmin videonu oxuculara təqdim edirik.