Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "İctimai Səhiyyə və İslahatlar Mərkəzi" və "Addım Yaradıcı Gənclər assosiyasiyası" birgə layihə gerçəkləşdirir.
Bu barədə anspress-ə layihənin rəhbəri Hüseyn Cavadzadə məlumat verib. Yol qəzaları qurbanlarının anım gününə hazırlanan layihə çərçivəsində alış-veriş mərkəzlərində birində xüsusi tədbir hazırlanır.
Layihənin simasi "Eurovision" qalibi Eldar Qasımov olacaq. Layihə çərçəvəsində bəstəkar-müğənni Emin Ağalarovun xüsusi olaraq Eldar üçün bəstələdiyi "İn your head" adlı mahnıya yol təhlükəsizliyi mövzusunda musiqi videosu çəkilib. Sözügedən videonun da ilk dəfə media nümayəndələri və ictimaiyyətə 21 noyabr da təqdim olunması nəzərdə tutulub.