Xəbər lenti

Əmircanda xüsusi əməliyyat
Ölkə12:57 20.09.2014

Əmircanda xüsusi əməliyyat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Əməliyyat zamanı evdən külli miqdarda narkotik maddə aşkarlanıb

 Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutulub. 

Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, əməliyyat Suraxanı rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşları tərəfindən həyata keçirilib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində Əmircan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Zakir Hacıağayevin Q.Qarayev küçəsindəki evindən 2 kiloqramdan artıq marixuana tapılıb.

Onun həyətindən isə 6 ədəd, ümumi çəkisi 350 qram olan çətənə kolu aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Qaynar.info